olkepress.com
olkepress.com

Abşeronun icra başçısı bacısı oğlunu həbsdən çıxarır

7-07-2021, 12:22

Abşeronun icra başçısı bacısı oğlunu həbsdən çıxarır


Bakı Ağır Cinayətlər Məhkəməsində tarixi bir məzhəkə prosesi getməkdədir. Abşeron rayon İcra Hakimiyyətinin bir qrup rüşvətxorunun, əhalinin dərisini üzmüş məmurların mühakiməsi davam edir.

Onlar boynunu bükür, hər cildə girir, min bir dona bürünür ki, özlərinin yazıq, məsum olduqlarını sübuta yetirsinlər. Əslində həmin müttəhimlər kürsüsündə Abşeronun icra başçısı İradə Gülməmmədova özü də olmalıydı.
Çünki “balıq başdan iylənər” və onun iradəsi olmadan baş memarın, yaxud şöbə əməkdaşının rüşvət alması, qanunsuzluğa yol verməsi, vətəndaşları ev tikintisinə görə incitməsi mümkün deyildi.
Əlbəttə ki, bu bir şəbəkə idi və başında xanım icra başçısı, Abşeronun “fironu” adını haqq etmiş Gülməmmədova gəlirdi. Lakin yaxasını kənara çəkərək, onu himayə edən güclərin sayəsində bu cinayət işindən aralı qalmağı bacaran, hətta vəzifəsini belə qoruyan icra başçısı məhkəməsi gedən bacısı oğlunu da xilas etməyə çaılışır.
Anaxeber.info bildirir ki, Abşeronda ev tikintisinə görə İH tərəfindən rüşvət istənilməsi, bu məbləğin 3000-5000 manat olması heç kimə sirr deyildi. O da məlum idi ki, İ.Gülməmmədovanın dəstəsi bu işləri onun təlimatı əsasında həyata keçirirlər.
Dəfələrlə tikintisi dayandırılan, sökülən vətəndaşlar etiraza qalxıb, intihara cəhd edib, icra başçısının əməllərini ifşa ediblər. İndisə “sudan quru” çıxmağa çalışan icra başçısı həbsdə olan bacısı oğluna xalalıq edərək Babək Zalıyevi azadlığa buraxmaq üçün dəridən-qabıqdan çıxır.
Xanım icra başçısını həbs edilən baş memar Akif Əliyev və digərlərinin taleyi bir o qədər maraqlandırmır. O, Babək üçün vurnuxmaqdadır. Halbuki, uşaq da inanmaz ki Abşeronda baş verən rüşvətxorluqdan, tikinti üçün pul yığılmasından icra başçısının xəbəri olmayıb.
Hazırda Zalıyev məhkəmədə özünü yazıq, həyatda iztirablar çəkmiş biri kimi göstərməyə çalışır. O, məhkəmədə barəsindəki ittihamları qəbul etməyərək, istintaqa verdiyi ifadə zamanı özündə olmadığını bəhanə gətirir.
Görünür ki, icra başçısı tərəfindən yaxşı təlimatlandırılıb. İfadə verdiyi zaman özündə olmadığını söyləməklə məsuliyyətdən yayınmağa can atır və ümid edir ki, məhkəmə indi veriyi ifadəni qəbul edəcək, buna uyğun hökm oxuyacaq.
Zalıyev bu ziddiyyəti belə izah edib: “İstintaq dövründə atam rəhmətə getmişdi, vəziyyətim çox pis idi. Demək olar ki, özümdə deyildim. Belə bir vəziyyətdə ifadə vermişəm. Ona görə də nəyə imza atdığımı xatırlamıram”.
Bu fikirlər başdan-ayağa başçının bacısı oğlunun vəziyyətdən qaçış cəhdləridir. Cinayət işinin materiallarında iddia olunur ki, Abşeron rayonu ərazisində tikinti-inşaat işlərinə icazə verilməsi, qanunsuz tikililərin sökülməməsi və başqa məqsədlərlə vətəndaşlardan rüşvət alınıb.
Kimsəyə qarşı dələduzluq, heç kimi rüşvət verməyə təhrik etmədiyini deyən Zalıyev Məhəmmədi bələdiyyəsinin sədri ilə əlaqələri haqda da yazılanları da təkzib edir. Əslində onun bu işlərdə əli olduğu sübuta yetirilib. Təbii ki, xala və bacı oğlu İH-də olan qaranlıq işləri bir-birindən gizlətməzdilər. Baş memardan daha çox elə Zalıyev Gülməmmədovaya yaxın olub, onunla bütün rüşvət alış-verişini rahat müzakirə ediblər.
Odur ki, indi icra başçısı özü ilə yanaşı bacı oğlunu da qurtarmağa, digərlərini qurban verməyə davam edir. Ümumiyyətlə, Abşeronda tikinti işləri üçün rüşvətsiz daşı daş üstə qoymağın mümkün olmadığını hər kəs bilir.
Bu, nə Akif Əliyev, nə hansısa müavin səviyyəsində olan məsələdir, birbaşa Gülməmmədovanın qurduğu şəbəkədir.
Ona görə bu hadisələrdən, yayılan faktlardan, reputasiyasının bərbad olmasından, rayonda əlini ağdan qaraya vurmamasından, xüsusən bacısı oğlunun həbsindən sonra onun Abşeron İH başçısı postunda saxlanması çox çəkməz. Hər halda Prezident də adı bu qədər hallanan məmurla işləmək istəməz.
Ev tikintisində rüşvət istənilməsini təsdiqləyən iki faktı yada salmaq kifayətdir: Qarabağ qazisi Fuad Əkbərov Abşeron Rayon İcra Hakimiyyətinin qoçu dəstələrinin fiziki təzyiqlərinə və qanunsuz tələblərinə etiraz edərək evinə od vurması ilə cəmiyyətdə geniş rezonans doğurmuşdu.
Qazi evini yandırmamışdan əvvəl bildiribmiş ki, Abşeron rayon İcra Hakimiyyətinin qoçuları onu döyərək evini dağıdıblar.
Bir müddət əvvəl isə icra hakimiyyətinin qoçuları 2-ci qrup Qarabağ əlili, evsiz-eşiksiz, səfalət içində yaşayan Səyyaf Bayramovu vəhşicəsinə döymüşdülər. Yəni bunlar göstərir ki, Gülməmmədova rayonu necə idarə edirmiş...
Üstəlik, onun Abşeron ərazisində biznesin müxtəlif sahələrinə aid çoxlu obyektləri var. Əgər vəzifəsindən azad ediləcəksə, mal-mülkünün də müsadirəsi zəruridir.
Çünki ortada onun adamlarının rüşvətə görə həbs edilməsi faktı varsa, deməli, həmin biznesin qurulması üçün vəsaiti necə əldə etməsinə dair şübhələr də mövcud olmalıdır.
Xatırladaq ki, 2020-ci ilin iyununda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Abşeron rayon İcra Hakimiyyətində əməliyyat keçirib və bir sıra şəxslər həbs olunub.
Təqsirləndirilən şəxslərə qarşı CM-in 311 (rüşvət alma), 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə), 178 (dələduzluq) və digər maddələri ilə ittihamlar irəli sürülüb. Onların ittiham olunduğu maddələrdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.(musavat.com)

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi