olkepress.com
olkepress.com

Rusiya Dövlət Dumasından Aktau təyyarə qəzası ilə bağlı AÇIQLAMA

26-12-2024, 16:47

Rusiya Dövlət Dumasından Aktau təyyarə qəzası ilə bağlı AÇIQLAMA

Dövlət Dumasının deputatı Mixail Delyagin, Aktau şəhərində qəzaya uğrayan AZAL-a məxsus təyyarənin gövdəsindəki dəliklərin qəlpə izlərinə bənzədiyini qeyd edib.

O, Telegram kanalında bu barədə paylaşım edib: “Bu isə, görünür, ikinci Malayziya Boeing-i”.

Eyni zamanda, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Kreml Aktau yaxınlığındakı təyyarə qəzasının səbəbləri ilə bağlı versiyalar irəli sürməyəcək və istintaqın nəticələrini gözləyəcək.

Xatırladaq ki, qəza nəticəsində 38 nəfər həyatını itirib.

2014-cü ildə Donbasda qəzaya uğrayan Malayziya Boeing 777-200ER təyyarəsi raketlə vurulub. Həmin hadisədə 298 nəfər həyatını itirib və bu barədə araşdırma hələ də davam edir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi