olkepress.com
olkepress.com

Azərbaycanda Türkiyə prezident seçkilərinin ikinci turu üzrə səsvermə başa çatdı

23-05-2023, 08:36

Azərbaycanda Türkiyə prezident seçkilərinin ikinci turu üzrə səsvermə başa çatdı

Türkiyənin Bakıdakı səfirliyi ilə Naxçıvan və Gəncədəki baş konsulluqlarında prezident seçkilərinin ikinci turu üzrə səsvermə prosesi başa çatıb.

“Qafqazinfo” “TRT”yə istinadən xəbər verir ki, verilmiş səslərin olduğu seçki bülletenləri və zərflər seçki qutularına qoyulub.

Həmçinin, seçki qutusu komissiyaların üzvləri və onların müşahidəçilərinin nəzarəti altında möhürlənib.

Bakıda 9, Gəncədə 3, Naxçıvanda 3 olmaqla ümumilikdə 15 seçki qutusu quraşdırılıb.

Bakı səfirliyində 7 417, Gəncə konsulluğunda 2 277, Naxçıvan konsulluğunda isə 1 349 nəfər olmaqla ümumilikdə Azərbaycanda 11 043 seçici qeydiyyatdadır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi