olkepress.com
olkepress.com

Azərbaycanla İordaniya arasında siyasi məsləhətləşmələr keçirildi

17-05-2023, 08:46

Azərbaycanla İordaniya arasında siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev İordaniya Haşimilər Krallığına səfər edib.

Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Əmman şəhərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və İordaniya Haşimilər Krallığı Xarici İşlər və Mühacir Məsələləri Nazirliyi arasında siyasi məsləhətləşmələrin birinci raundu keçirilib.

Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Fariz Rzayev, İordaniya tərəfindən Xarici İşlər və Mühacir Məsələləri Nazirliyinin diplomatik və mühacir məsələləri üzrə baş katibi xanım Lina əl-Hədid rəhbərlik edib.

Məsləhətləşmələr zamanı siyasi, iqtisadi, enerji, humanitar, parlamentlərarası əlaqələr və logistika sahələri üzrə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlığı Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

İordaniya tərəfinə bölgədə münaqişə sonrası mövcud olan vəziyyət, eləcə də azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq və reinteqrasiya işləri barədə məlumat verilib. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal xarakterli məsələlərə dair fikir mübadiləsi aparıblar.

İordaniyaya səfəri çərçivəsində nazir müavini Fariz Rzayev, həmçinin Kral Administrasiyasının Siyasi Məsələlər İdarəsinin rəisi Muaz əz-Zoubi ilə görüşüb.

Görüşdə Azərbaycan və İordaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf perspektivləri, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələri, habelə regional təhlükəsizlik və post-münaqişə vəziyyəti ilə bağlı müzakirələr aparılıb.

Nazir müavini həmçinin səfər zamanı İordaniyanın nüfuzlu Yaxın Şərq Araşdırmalar Mərkəzinin rəhbərliyi və Mərkəzin siyasi, hərbi və iqtisadi sahələr üzrə ekspertləri ilə görüş keçirib, ölkəmizin xarici siyasət prioritetləri, Azərbaycan-İordaniya münasibətləri, regional vəziyyət ətrafında fikir mübadiləsi aparıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi