Azərbaycanda zəlzələ olub.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 06:30-da Cəlilabad stansiyasından 23 km şimalda, Biləsuvar rayonunda 3 maqnitudada qeydə alınıb.
Zəlzələ ocağı 8 kilometr dərinlikdə yerləşib.