olkepress.com
olkepress.com

Paris Olimpiadası baş tutmaya bilər

19-04-2023, 08:46

Paris Olimpiadası baş tutmaya bilər

2024-cü ildə keçirilməsi planlaşdırılan Paris Olimpiadası baş tutmaya bilər.

Belə ki, Fransada Olimpiadaya qarşı hərəkat yaranıb.

Oyunların təxirə salınmasına səbəb prezident Emmanuel Makronun təşəbbüsü ilə həyata keçirilən pensiya islahatı ola bilər.

Hazırda etirazçılar Olimpiadadan hakimiyyətə təzyiq rıçaqı kimi istifadə edirlər. Onlar Paris Olimpiadasının ləğvi təşəbbüsü ilə çıxış ediblər. Müvafiq müraciət sosial şəbəkələrdə yerləşdirilib. Lakin hələlik konkret addımlar atılmayıb.

Fransa həmkarlar ittifaqlarının bu çağırışı dəstəkləmələri gözlənilir. Bununla belə, davam edən etiraz aksiyaları həm Oyunların keçirilmə ehtimalına, həm də iştirakçıların və qonaqların təhlükəsizliyinə təsir göstərir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ocak 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi