olkepress.com
olkepress.com

Vatsapda yeni funksiya

12-04-2023, 08:13

Vatsapda yeni funksiya

Androiddə vatsapın son beta versiyalarında bir akkauntın eyni zamanda bir neçə smartfondan istifadəsi edilməsi imkanı yaranıb.

“Qafqazinfo” xəbər verir ki, bundan əvvəl oxşar funksiya yalnız Android idarə olunması ilə smartfon və planşetin bağlantısı üçün mövcud olub.

Belə ki, Android üçün vatsapın 2.23.8.2 saylı və daha yüksək beta versiyalarını endirərək, istifadəçi əsas akkaunta ikinci smartfonundan giriş edə bilər.

Bunun üçün ikinci cihazda nömrənin qeydiyyatı səhifəsində ekranın sağ yuxarı küncündə üç nöqtəyə basmaq və “Mövcud akkauntla əlaqələndirmək” bəndini seçmək lazımdır. Daha sonra əsas smartfonu götürüb vatsapın əsas səhifəsində üç nöqtəyə basaraq “Əlaqələndirilmiş cihazlar” bölməsini seçmək, ardından ikinci smartfonda görünən QR-kodu skanlaşdırmaq lazımdır.
Bu yenilik hələ ki, yalnız Androiddə WhatsAppın beta-versiyasında tətbiq olunub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi