olkepress.com
olkepress.com

ÜST dünyada hər altı nəfərdən birində rast gəlinən xəstəlik barədə açıqlama yayıb

6-04-2023, 08:37

ÜST dünyada hər altı nəfərdən birində rast gəlinən xəstəlik barədə açıqlama yayıb

“Dünyada təxminən hər altı nəfərdən biri sonsuzluqdan əziyyət çəkir”.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının bəyanatından məlum olur.

Bildirilir ki, bu, dünyanın bütün ölkələrində bütün sosial qruplara təsir göstərir. Təşkilatın baş direktoru bildirib ki, zəngin ölkələrdə böyüklərin 17,8%-nə, orta və aşağı gəlirli ölkələrdə isə 16,5%-nə bu diaqnoz qoyula bilər.

Qeyd edək ki, ÜST sonsuzluğu “kişi və ya qadın reproduktiv sisteminin xəstəliyi, 12 və ya daha çox aylıq müntəzəm qorunmayan cinsi əlaqədən sonra hamiləliyin əldə oluna bilməməsi” kimi təyin edir.

Hesabatda problemə xüsusi münasibət və bu əsasda ayrı-seçkiliyə son qoyulmasının vacibliyi vurğulanır. Bəyanatda deyilir ki, sonsuzluq milyonlarla insana təsir etsə də, mövzu hələ də yaxşı öyrənilməyib, həll yolları isə yüksək xərclər, sosial stiqma və digər məhdudiyyətlər səbəbindən bir çox insanlar üçün əlçatmaz olaraq qalır.

Belə vəziyyətdə olan cütlük çoxlu sosial təzyiqlə üzləşə bildiyi üçün insanlar tez-tez narahatlıq və depressiyadan əziyyət çəkirlər. Bəzi ölkələrdə isə bir və ya iki tərəfdaşın sonsuzluğu ilə bağlı məişət zorakılığı riskləri yüksəkdir.

ÜST ölkələri süni mayalandırma da daxil olmaqla sonsuzluğun qarşısının alınması, diaqnostikası və müalicəsi üçün daha əlverişli həllər hazırlamağa çağırır.

Mənbə: Gazeta.ru


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi