olkepress.com
olkepress.com

İmişlidə Novruz şənliyi keçirildi - Fotolar

15-03-2023, 08:30

İmişlidə Novruz şənliyi keçirildi - Fotolar

İmişlidə Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib.
Olkepress.com xəbər verir ki, rayonun Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçirilən şənlikdə şəhid ailələri, rayon rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatlarının kollektivləri, ictimaiyyət nümayəndələri, eləcə də rayon sakinləri iştirak ediblər.
Ətraflı

Novruz şənliyində sərgilənən çoxəsrlik maddi-mədəni irsimizi özündə əks etdirən eksponatlar rayon ictimaiyyətinin və qonaqların böyük marağına səbəb olub. Parkın bir tərəfində isə yeniyetmə və gənc idmançılar müxtəlif idman numunələri ilə çıxış ediblər. Sonra icra başçısı Novruz bayramı münasibətilə rayon ictimaiyyətini təbrik edərək bol ruzi-bərəkət və əminamanlıq arzulayıb.
Tədbirin sonunda ululuq və ağsaqqallıq rəmzi sayılan Dədə Qorqud, eləcə də Bahar qızı bayram münasibəti ilə rayon sakinlərini bir daha təbrik ediblər.
İmişlidə Novruz şənliyi keçirildi - Fotolar
İmişlidə Novruz şənliyi keçirildi - Fotolar
İmişlidə Novruz şənliyi keçirildi - Fotolar


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi