olkepress.com
olkepress.com

Bakıda Türkiyə üçün 36 ton yardım təyyarəyə yükləndi - Fotolar

9-02-2023, 08:25

Bakıda Türkiyə üçün 36 ton yardım təyyarəyə yükləndi - Fotolar

Türkiyədə baş vermiş zəlzələdə zərərçəkənlərə dəstək məqsədi ilə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, qardaş Türkiyədə zəlzələ qurbanlarına humanitar yardım aparan xüsusi təyyarə yaxın dəqiqələrdə Qaziantep hava limanına yola düşüb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Heydər Əliyev Fondu məlumat yayıb.

Bildirilib ki, yük təyyarəsi faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən göndərilən 36 ton humanitar yardımı aparır. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və digər tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir.

Fondun Türkiyəyə ezam olunan əməkdaşları yardımı faciə bölgəsində zərər çəkmiş vətəndaşlara çatdıracaqlar.
Bakıda Türkiyə üçün 36 ton yardım təyyarəyə yükləndi - Fotolar
Bakıda Türkiyə üçün 36 ton yardım təyyarəyə yükləndi - Fotolar
Bakıda Türkiyə üçün 36 ton yardım təyyarəyə yükləndi - Fotolar


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi