olkepress.com
olkepress.com

Bakı-Quba yolunda böyük tıxac yarandı - Yenilənib + Rəsmi açıqlama

5-12-2022, 08:28

Bakı-Quba yolunda böyük tıxac yarandı - Yenilənib + Rəsmi açıqlama

Bakı-Quba yolunda uzun tıxac yaranıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial mediada görüntülər yayılıb.

Bildirilir ki, tıxac bir neçə saatdır davam edir.

***

Bakı-Quba yolunda nəqliyyat sıxlığının olması ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev məlumat yayıb.

"Qafqazinfo"ya daxil olan məlumata əsasən, həftəsonu dağlıq ərazilərə qar yağışı ilə bağlı olaraq paytaxt sakinlərinin bir çoxu Quba-Qusar və İsmayıllı-Qəbələ istiqmətlərinə səfər edib.

Bildirilib ki, ona görə bu gün axşam radələrində paytaxt istiqmatinə qayıtmaları səbəbindən adı çəkilən yollarda müəyyən sıxlıq müşahidə edilib:

"Hazırda Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən əlavə qüvvələr də qeyd olunan ərazilərə cəlb edilib. Qısa müddətdə hərəkət tam bərpa ediləcək. Qeyd olunan yolda sıxlığın yaranma səbəbi nəqliyyat vasitələrinin çoxluğudur. Başqa hər hansı bir hadisə baş verməyib".

***

Bakı-Quba yolunda hərəkət bərpa olunub.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bakı-Quba yolunda böyük tıxac yarandı - Yenilənib + Rəsmi açıqlama
Bakı-Quba yolunda böyük tıxac yarandı - Yenilənib + Rəsmi açıqlama


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi