olkepress.com
olkepress.com

"AXTARIR GÖZLƏRİM" - Dostum Şaiqin dilindən

10-08-2022, 18:59

"AXTARIR GÖZLƏRİM" - Dostum Şaiqin dilindən


"AXTARIR GÖZLƏRİM" - Dostum Şaiqin dilindən:

Səmada sevirsən hər bir ulduzu,
Laləli çölləri, yovşan, yarpızı,
Gözlərim yoldadır a dağlar qızı,
Axtarır gözlərim, səni axtarır.

Səhər çiçəklərə şeh, jalə düşür,
Mənim qəlbiməsə öz Jaləm düşür,
Sənsiz istidə də bədənim üşür,
Axtarır gözlərim, səni axtarır.

Səni soraqladım ulduzdan,aydan,
Səni soruşmuşam dənizdən,çaydan,
Tapmasam,çıxmaram,vallah bu yaydan,
Axtarır gözlərim, səni axtarır.

Daim qəlbimdəsən,daim yadımda,
Bəlkə də yadından çıxıb adım da,
Sevda yolçusuyam Şaiq adında,
Axtarır gözlərim, səni axtarır.

Vüqar Əhməd


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi