olkepress.com
olkepress.com

Haqqında əfsanələr dolaşan “Broker” Əbülfəz ölkə xaricində neçə dəfə HƏBS OLUNUB?

2-08-2022, 15:07

Haqqında əfsanələr dolaşan “Broker” Əbülfəz ölkə xaricində neçə dəfə HƏBS OLUNUB?

Azərbaycanın gömrük tarixinin ən qalmaqallı ismi olan Əbülfəz Məlikovun ölkə xaricində bir neçə dəfə həbs olunduğu deyilir…

Bir müddət əvvəl Əbülfəz Məlikov Gürcüstan polisi tərəfindən saxlanılıb. Lakin Gürcüstandakı hansısa “sehirli əl” onun qısa zamanda azad olunmasına nail olub.

Bu barədə məlumatı gundelik-baku.com saytı yayıb.

Saytın yazdığına görə Azərbaycan gömrüyünün qeyri-rəsmi şefinin Tbilisinin ən səfalı yerində milyonluq villası var və onun qonşusu Gürcüstan isə Gürcüstanda yüksək vəzifəli siyasilərdən biridir. Hər iki villanın isə Əbülfəz Məlikov tərəfindən Azərbaycan gömrüyündən yığılan pullar hesabına tikildiyi iddia olunur.

Bundan başqa sayt yazır ki, İtaliyada oteldə, Türkiyədə isə istirahət mərkəzində də həbs olunub. Amma hər dəfə kimlərsə qısa müddətdə onu həbsdən azad etdirə bilib. Hətta belə həbs sərgüzəştlərinin birində onun başına qara torba keçirildiyi bildirilir.

Gundelik-baku.com saytı həmçinin yazır ki, Əbülfəz Məlikov son ad gününü təmtəraqlı şəkildə hazırda həbsdə olan keçmiş baş prokuror və səfir Elfar Həsənovun Həsən Əliyev (keçmiş İnqilab) küçəsində yerləşən restoranında qeyd edib. Çünki Eldar Həsənovla Əbülfəz Əliyevin köhnə zamanlara gedib çıxan dostluğu və biznes şərikliyi var.

Ölkepress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi