olkepress.com
olkepress.com

Rüşvət alarkən tutulan xəstəxana direktorundan XƏBƏR VAR - VİDEO

12-05-2022, 13:24

Rüşvət alarkən tutulan xəstəxana direktorundan XƏBƏR VAR - VİDEO

Korrupsiya əməllərinə görə həbs edilən Qusar Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru hakim qarşısına çıxarılır.

“Qafqazinfo” xəbər verir ki, keçmiş direktor Mübariz Zeynalovla bağlı başladılmış cinayət işinin istintaqı tamamlanıb. İş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Yaxın günlərdə iş üzrə hazırlıq iclasının keçirilməsi nəzərdə tutulub. Məhkəmə araşdırması hakim Fikrət Əliyevin icraatına verilib.

Qeyd edək ki, xəstəxana direktoru ötən il oktyabrın 19-da xidməti otağında 1000 manat rüşvət alarkən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb. Faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.


Ōlkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    May 2022    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi