olkepress.com
olkepress.com

İlham Əliyev Ərdoğanı Füzulidə qarşıladı - CANLI

26-10-2021, 13:50

İlham Əliyev Ərdoğanı Füzulidə qarşıladı - CANLI

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycanda səfərdədir.

Ölkəpress.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilən görüşdə prezidentlər işğaldan azad olunan Füzuli rayonunda qısa müddətdə inşa edilən Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak ediblər.
Qarabağın hava qapısının simvolik açarı Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim edilib.

Bundan başqa, Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev Füzulidə yeni avtomobil yolunun və Zəngilan rayonunda Türkiyənin dəstəyi ilə inşa ediləcək "Ağıllı aqropark"ın təməlini qoyacaqlar.

Qeyd edək ki, R.T.Ərdoğanı səfər çərçivəsində ətraf mühit və şəhərsalma naziri Murat Kurum, xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, nəqliyyat və infrastuktur naziri Adil Karaismayıloğlu, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və prezidentin mətbuat katibi İbrahim Kalın müşayiət edir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi