olkepress.com
olkepress.com

“Ziraatbank” Fətullah Gülənə məxsusdur

19-10-2021, 09:55

“Ziraatbank” Fətullah Gülənə məxsusdur

“Ziraatbank” beynəlxalq güclərin əlində oyuncaq olan Fətullah Gülənə məxsusdur

Fətullah Gülən üçün isə ABŞ var, deməli ABŞ varsa, erməni diasporu var..

Ziraatbankı da Royakbankın aqibəti gözləyir…

Keçmiş SSRİ-nin dağımasından sonra yenicə müstəqilliyin əldə edən dövlətlər, o cümlədən də Azərbaycan hələ möhkəmlənməmişdi.
Ona görə də dünyanın müxtəlif güc mərkəzləri Azərbaycana, o cümlədən də digər keçmiş sovet respublikalarına ayaq açmağa başladı.
Hərəsinin bir məqsədi var idi.
Biri ölkədə narkotik biznesini, başqası qadın alveri biznesini, digəri çirkli pulların yuyulması biznesini qurmağa gəlmişdi.
İlk illər həmin qüvvələr üçün münbit məkan var idi.
Amma 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtması ilə Azərbaycan ayağa durdu və həmin qüvvələrə qarşı müqavimət göstərməyə başladı.
Sonradan Azərbaycanın güclənməsi çirkin məqsədlə ölkəmizə gələn həmin qüvvələri çətin vəziyyətə saldı.
Amma Qarabağın azad olunması, Azərbaycanın söz sahibi olması həmin məkrli qüvvələrin ölkəmizdən birdəfəlik rədd olub getməsi deməkdir.
Yuxarıda qeyd etdiyimiz kimi ölkənin daxili işlərinə qarışmaq üçün ən böyük vasitələrdən biri də bankçılıqdır.
Ölkəmizdə 1990-cı illərdən bəri onlarla əcnəbi bank fəaliyyət göstərirdi. Hanı indi onlar ?
Əksəriyyəti artıq onların arzuladığı şəraitin olmadığını görüb yavaş-yavaş çıxıb getdilər. Bunları sırasında İranın Royalbankı da var idi. Əslində həmin bankın rəhbrəliyi qanuni cəzasını aldı.
Bir daha təkrar edirik ki, bu bankların məqsədi sağlam iqtisadi, maliyyə əməkdaşlığı deyildi. Məqsəd böyük məbləğdə çirkli pulları yumaq, ofşor zonalara pul daşımaq və s idi.
Biz beynəlxalq iqtisadi inteqrasiyanın, maliyyə əməkdaşlığının əleyhinə deyilik. Ancaq məqsəd sağlam olmalıdır.
Çox təəssüf ki, çirkin məqsədlə ölkəmizə gələn banklardan biri də Ziraatbankdır.
Açıq etiraf edək ki, Qarabağdakı 30 illik uğursuzluğumuza görə, bizi bir dövlət olaraq hər mənada: iqtisdadi, maliyyə və s. tərəfdən sıxırdılar.
Qardaş Türkiyənin dəstəyi ilə qazandığımız tarixi uğur bizə imkan verdi ki, həmin qüvvələri yerində oturdaq.
Bank sistemində də həmin qüvvələr var.
Ziraatbank beynəlxalq güclərin əlində oyuncaq olan Fətullah Gülənə məxsusdur.
Fətullah Gülən üçün isə ABŞ var, deməli ABŞ varsa, erməni diasporu var.
Bu uzun girişdən sonra keçək konkret məsələyə.
Bu FETÖ dediyimiz qüvvə ölkədə nəinki parlamentdə, bank sistemində, hətta mediada da əməli- başlı oturuşmuşdu.
Bəli, hətta mətbuatda FETÖ-nün MİRZƏLƏRİ var idi.
Hətta Media üzərindən xırda bir araşdırma aparsaq bəlli olacaq ki, Bakıda fəaliyyət göstərən Ziraat Bankın rəhbəri Avni Dəmirçi deyilənlərə görə qatı Fetoçudur. Təsəvvür edirsiniz, bu adam Türkiyə səfirliyinin Azərbaycanda keçirdiyi tədbirlərə qatılmır. Bu artıq dövlətə meydan oxumaqdır ee.
Hətta Avni Dəmirçi Sumqayıtda saqqallı radikalların tədbirlərində iştirak edir.
Düzdür mediada yayılan məlumatlara görə, çirkli pulların yuyulması, külli miqdarda vergidən yayınmaq və digər qaranlıq əməllərlə məşğul olan Ziraat Bankın direktoru Avni Dəmirçi görəvindən uzaqlaşdırırlıb. Daha doğrusu, təhlükəni hiss edən Avni Dəmirçi öz vəzifəsini başqa bir şəxsə ötürüb.
Amma bank sistemində çalışan mötəbər mənbənin dediyinə görə, Avni Dəmirçi həbs olunmaq təhlükəsindən yayınmaq üçün hətta ölkədən qaçmağa hazırlaşırmış.
Deyilənlərə görə,müvafiq orqanlar Avni Dəmirçinin ölkəni tərk etməsinə STOP qoyublar.
Bankın tarixi ilə bağlı qısaca onu deyə bilərik ki, Osmanlı Türkiyəsindən qalma, 163 yaşlı bankın Azərbaycan bölməsi 2014-cü ildə fəaliyyətə başlayıb.
Bank, Elman Rüstəmovun 30 dekabr 2014-cü il tarixində verdiyi 255 saylı lisenziya əsasında fəaliyyət göstərir.
(gundelik baki.com)

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi