olkepress.com
olkepress.com

Paşinyan yenə biabır oldu - VİDEO

17-09-2021, 13:36

Paşinyan yenə biabır oldu - VİDEO

Beynəlxalq platformalarda daim gülünc vəziyyətə düşən Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə biabır olub.

Paşinyan bu dəfə sentyabrın 16-sı Düşənbə şəhərində keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderlərinin sammiti zamanı qeyri-adekvat hərəkətləri ilə diqqət çəkib.

Belə ki, Ermənistanın Baş naziri ilk olaraq protokol qaydalarını pozub. Onun korteci sammit keçirilən iqamətgaha birinci gəlib. Qaydalara görə isə, ilk olaraq təşkilatın Baş katibi gəlməli idi. Bunun ardınca yarım saatlıq fasilə yaranıb. Hətta fəxri qarovul belə gözləməkdən yorulub.

Lakin Nikol Paşinyan bununla da yetinməyib. Baş nazir kollektiv foto çəkilişi mərasimi zamanı digərlərindən aralı dayanıb. Mərasim bitdikdən sonra isə həmkarları ilə söhbət etməyə çalışsa da, nəticə verməyib.



Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi