olkepress.com
olkepress.com

Hikmət Hacıyev yenidən İran səfiri ilə görüşdü

16-09-2021, 17:19

Hikmət Hacıyev yenidən İran səfiri ilə görüşdü

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə yenidən görüşüb.

İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi görüşlə bağlı “Twitter” səhifəsində paylaşım edib:

“Bu həftə ərzində ikinci dəfə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşmək imkanım oldu. Səmimi müzakirələr zamanı yaxşı münasibətlərimizin cari vəziyyətini və gələcəyini, həmçinin maraq kəsb edən digər məsələləri müzakirə etdik”, - səfirin paylaşımında deyilir.
Qeyd edək ki, H.Hacıyev sentyabrın 13-də də İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşmüşdü.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi