olkepress.com
olkepress.com

"Əli Həsənovla birlikdə milyonları mənimsəyənlər Mürvət Həsənli ilə Abdin Fərzəliyevdir”

11-09-2021, 09:00

"Əli Həsənovla birlikdə milyonları mənimsəyənlər Mürvət Həsənli ilə Abdin Fərzəliyevdir”

"Uzun müddətdir ki, ölkənin Baş Prokuroru Kamran Əliyevə KİVDF işində ciddi qanun pozuntularına yol verildiyini yazıram, ancaq heç bir cavab almadım. KİVDF işində bütün cinayətlərin başında Prezidentin keçmiş köməkçisi Əli Həsənovun durduğunu artıq bu iş üzrə həbsdə olan Vüqar Səfərli də bildirir. Bu iş üzrə "Xəmsə" və "Altun" restoranlarının icarədərları da cinayət məsuliyyətinə cəlb edilib və haqlarında həbssiz qətimkan tədbiri seçilib. Bilirsinizmi niyə?! Prokurorluq çox gözəl bilir ki, icarədarlar o restoranlardan qərar qəbul edib milyonlar mənimsəyənlər olmayıblar, onlar sadəcə inzibatçı vəzifəsini yerinə yetiriblər və onlar haqqında həbslə bağlı qərar verilərsə susmayacaqlar, həqiqi cinayətkarların adlarını çəkəcəklər. Prokurorluq da onlara söz verib ki, susacaqları təqdirdə onlar haqqında şərti cəza veriləcək və çəkdikləri əzablara görə də əsas suçlular lazım gələni edəcəklər”.

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov bildirib.

"Bu restoranlarda qərar qəbul edən və Əli Həsənovla birlikdə milyonları mənimsəyənlər həmin restoranların sahibləri olublar. "Xəmsə" restoranının sahibi Mürvət Həsənli, "Altun" restoranın sahibi isə Nərimanov rayonunun icra başçısı Abdin Fərzəliyevdir. Bunun üçün uzun istintaqa, böyük araşdırmaya ehtiyac da yoxdur. Dövri mətbuatda adları çəkilən şəxslərin Əli Həsənovla işbirliyini araşdırmaq kifayət edir”.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi