olkepress.com
olkepress.com

Tovuzda xəstəni döyən həkimdən açıqlama: “Mənə nalayiq təklilər etdi” - VİDEO

26-04-2021, 15:28

Tovuzda xəstəni döyən həkimdən açıqlama: “Mənə nalayiq təklilər etdi” - VİDEO

Tovuz rayon Mərkəzi Rayon Xəstəxanasının həkimi Sona Hüseynova vətəndaşı döyməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videoya münasibət bildirib.

Xəstəxananın psixiatrı Sona Hüseynova bildirib ki, 6 il öncə qeydiyyatda olan vətəndaş epilepsiyadan əziyət çəkir.

Onun sözlərinə görə, ona 3-cü qrup əlillik təyin olunub: "Son 5 ildə müayinə üçün müraciət edilməyib. Vətəndaşın dediyinə görə, Bakıda fəaliyyət gösətərən özəl tibb müəssisələrinin birində müalicə alıb. Müayinə zamanı növbəlilik prinsipini pozaraq otağa Vətən müharibəsi qazisi adı ilə daxil olub. Lakin onun qazi olmadığı, hətta hərbi xidmət keçmədiyi məlum olub. Müayinə zamanı ciddi şəxsiyyət pozuntusu aşkar olunmadı, əlilliyin təyin olunması ilə bağlı isə özünə məlumat verilmədi. Çünki əlilliyin meyarlarına görə epileptik tutmalarının sayı vacibdir. Son 5 ildə stasionar yatışla bağlı bir dənə belə olsun sənədi yoxdur.

Epileptik tutmasının olması, şəxsiyyət dəyişikliyin olub-olmaması barədə tək psixiatr kimi diaqnoz qoymağa hüququm yoxdur. Buna görə mənə stasionar yatış barədə sənəd, epiqriz lazım idi. Lakin vətəndaş stasionar yatışa razı olmadığını bildirək məni qanunsuzluqda ittiham edərək cinayət işi törətməkdə günahlandırdı. Videoçəkiliş etməyə icazə olmadığını bildirsəm də, məni videgörüntəyə almağa cəhd göstərdi. Bir xanım kimi məni təhqir edərək nalayiq təkliflər etdi. Məqsədim telefonu onun əlindən almaq olub. Videonun yayılmaması üçün məni şantaj etməyə başladı. Bildirdi ki, ya 3 min manat pul verəcəm, ya da videonu yayımlayaraq səni rüsvay edəcəyəm". // "Report"




ÖLKƏPRESS.COM


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi