olkepress.com
olkepress.com

Yol Polisindən sürüclərə XƏBƏRDARLIQ - VİDEO

12-11-2020, 13:11

Yol Polisindən sürüclərə XƏBƏRDARLIQ - VİDEOYol Polisi hava şəraiti ilə əlaqədar piyadalara və sürücülərə müraciət edib.

Bu barədə Oxu.Az-a Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, hazırkı hava şəraitini nəzərə alaraq havaların yağışlı və çiskinli olması, səhər havanın gec işıqlanması və axşam isə tez qaralması hərəkət iştirakçılarının görmə qabiliyyətini məhdudlaşdırır:
“Bütün bunları nəzərə alaraq, hər birimiz yollarda məsuliyyətli olmalı, ictimai təhlükəsizliyin etibarlı təmin edilməsinə çalışmalıyıq.

Yağmurlu hava şəraitində avtomobillərin sürüşmə ehtimalı daha çox olduğundan bu da yol-nəqliyyat hadisəsinin baş verməsini qaçılmaz edir. Bu baxımdan, avtomobil sürücüləri digər günlərə nisbətən daha diqqətli olmalı, sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalıdırlar.

Eyni zamanda, sürücülər belə hava şəraitində nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarını təmiz saxlamalı, avtomobilin şüşəsilənlərini, təkərlərin mövsümi şəraitə uyğun təmin edilməsini və işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət etməlidirlər.

Sürücülərin avtomobil yollarında yağış sularının yaratdığı gölməçələrdən keçərkən ətrafdakı insanları nəzərə almalı olduqlarını da unutmamalıdırlar.

Yağış sularının toplandığı gölməçələrdən keçərkən ətrafdakı piyadaların üst-başını çirkləndirmək inzibati xəta yaradır. Ona görə də sürücülər diqqətli olmalıdırlar.

Piyadalar isə belə hava şəraitində ancaq səki ilə hərəkət etməli, avtomobil yollarına çıxmamalıdırlar”.

ölkəpress.com




XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi