olkepress.com
olkepress.com

Paytaxtda maska reydi: Onlarla şəxs cərimələndi - VİDEO

4-08-2020, 17:34

Paytaxtda maska reydi: Onlarla şəxs cərimələndi - VİDEOBu gün Bakının Biləcəri qəsəbəsi və Binəqədi rayonu ərazisində polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən reyd keçirilib

Baku TV xəbər verir ki, reyd zamanı koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilib.

Tədbirlərdə yaşayış yerini icazəsiz tərk edən, sosial məsafəni gözləməyən, beş nəfərdən artıq qrup halında toplaşan, maskadan istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılıb. Mövcud sanitar-gigiyenik tələblər izah olunub.

Maska taxmamağa görə 39, mənzilləri əsassız tərketməyə görə 23 nəfər şəxs cərimə olunub. Ümumilikdə, cərimələnən şəxslərin sayı 67 nəfər təşkil edir. Onu da deyək ki, bu tipli reydlərin artıq sabahdan etibarən dənizkənarı ərazilərdə də keçiriləcəyi nəzərdə tutulub.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi