olkepress.com
olkepress.com

Karantin qaydalarını pozan çay evi aşkarlandı, sahibkar cəzalandırıldı - VİDEO

30-07-2020, 17:44

Karantin qaydalarını pozan çay evi aşkarlandı, sahibkar cəzalandırıldı - VİDEOÖlkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, bu istiqamətdə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı şəhərin Qala xiyabanı küçəsində fəaliyyət göstərən “Real” çay evində xüsusi karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq, müştərilərə qəlyan xidməti göstərilməsi, həmçinin, sosial məsafənin və mövcud preventiv tədbirlərin şərtlərinin pozulması halları aşkarlanıb.

Karantin rejimi qaydalarının pozulduğu həmin obyektin sahibi R.Qəniyev və altı nəfər müştəri Lənkəran ŞRPŞ-yə dəvət olunaraq həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, onlara karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.

R.Qəniyev karantin qaydalarını təkrarən pozduğu üçün onun barəsində toplanmış materiallar Rayon Məhkəməsinə göndərilib.

Digərləri barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək, cərimə olunublar.

Ölkəpress.com



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi