olkepress.com
olkepress.com

Zaqatalada əsgərimizin boğulması - VİDEO

13-07-2020, 18:19

Zaqatalada əsgərimizin boğulması - VİDEO12 iyul tarixində mərhum əsgər Fərdi Yarəliyevin atası və yaxın qohumları onun xidmət etdiyi sərhəd zastavasına səfər ediblər...

Ölkəpress.com azvision.az-a istinadən xəbər verir ki, mərhum əsgərin yaxınları onun ölüm hadisəsinin baş verdiyi çay kənarında olub, şahidlər və mərhumun əsgər yoldaşları ilə görüşüb, hadisənin təfərrüatlarını öyrəniblər.

Əsgər Fərdi Yarəliyevin üzmək üçün çaya daxil olmasının bilavasitə şahidi olmuş və təhlükəli olduğuna görə, onu bu hərəkətdən çəkindirməyə çalışmış Zaqatala rayonu 1-ci Tala kənd sakini Ramazan Hacıyev gördüklərini onlara danışıb.

Sərhəd zastavasında sərhəd naryadında olan hərbi qulluqçuların təhlükəsizlik qaydalarının tələbləri, o cümlədən də çayda üzmənin qəti qadağan edilməsi barədə qeydiyyatlar mərhumun qohumlarına təqdim olunub.

Bundan əlavə, məhkəmə tibb eksperti Ramin Cəbrayılov keçirdiyi tibbi ekspertiza barədə məlumat verib.

Zaqatala hərbi prokuroru Surxay Hüseynov da onlarla görüşüb, mərhumun cəsədinin çaydan çıxarılmasını əks etdirən videomateriallar nümayiş etdirilib, suallar cavablandırılıb.

Keçirilmiş görüşlər və aparılmış söhbətlər nəticəsində mərhum əsgərin ölümü ilə əlaqədar müxtəlif KİV-lərdə və sosial mediada yayılmış əsassız ittihamların tam qərəzli və həqiqətə zidd olması bir daha öz təsdiqini tapıb.




XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi