olkepress.com
olkepress.com

Bakıda qoçuluq: sürücünü buna görə söyüb-döydü - VİDEO

27-04-2020, 11:19

Bakıda qoçuluq: sürücünü buna görə söyüb-döydü - VİDEOBakıda daha bir sürücünün xuliqanlıq edərkən çəkilmiş görüntüsü yayılıb...

Sürücülərdən biri başına gələn hadisəni Avtosfer.az-a bildirib. Belə ki, o, aprelin 26-ı Qaraçuxur qəsəbəsi Zığ-Mədən yolunda qaydalar çərçivəsində hərəkət edən zaman arxadan "Mercedes" markalı 99-RZ-878 qeydiyyat nişanlı avtomobilin sürücüsü yüksək sürətlə hərəkət edərək ondan yol istəyib.
Qarşıdakı sürücünün yol vermədiyini görən "Mercedes"in sürücüsü səs siqnalı verərək onun qarşısını kəsib. O, daha sonra avtomobildən düşüb sürücünün yanına gələrək nalayiq söyüşlər söyməyə başlayıb. Üstəlik sürücünün üzündən vuraraq hadisə yerindən qaçmağa başlayıb. Görüntünü qeydə alan sürücü bu barədə DİN-in 102 qaynar xəttinə şikayət edib.

Ölkəpress.com





XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi