olkepress.com
olkepress.com

Azərbaycanda ət də bahalaşdı – VİDEO

2-03-2020, 10:51

Azərbaycanda ət də bahalaşdı – VİDEOAzərbaycanın bölgələrində ətin qiyməti qalxıb.

Sozcu.az-ın xəbərinə görə, Goranboyda mal əti 1 həftə öncə 10 manata satılırdısa, hazırda 1 kiloqramı 11 manatadır.
Mingəçevirdə də mal ətini 11 manata satırlar. Quzu əti isə 13 manata təklif edilir. Alıcılar da bildirir ki, şəhərdə mal ətinin qiymətində 50 qəpik- 1 manat arası bahalama var.
Ət satışı ilə məşğul olanlar qiymət artımını otun bahalaşması ilə əlaqələndirirlər. Tovuzda da ətin qiymətində 1 manat bahalaşma müşahidə olunur. Qəssablar bunu heyvan yemlərinin satışında olan qiymətlərlə əlaqələndirirlər.
Ət bazarına nəzarət edən həkim- baytarlar isə mövcud qiymət artımının paytaxt bazarlarına sirayət etməyəcəyini bildirirlər. Çünki heyvanlar tezliklə açıq ərazilərə çıxarılacaq və beləcə yemə olan tələbat azalacaq.


Ölkəpress.com



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi