olkepress.com
olkepress.com

Fəzail İbrahimli seçicilərlə görüşlərini dayandırmalı oldu - VİDEO

31-01-2020, 15:35

Fəzail İbrahimli seçicilərlə görüşlərini dayandırmalı oldu -  VİDEO69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən namizəd Fəzail İbrahimli yenə seçici etirazı ilə üzləşib. Təbliğat-təşviqat dövründə tez-tez seçicilərin narazılıqları ilə qarşılaşan deputat-namizəd məcburən görüşləri dayandırmalı olub.

Bu barədə AFN-ə məlumat verən mənbənin sözlərinə görə, Cəlilabadın Ağdaş və Kolanlı kəndlərində, Göytəpə şəhərində keçirdiyi görüşlərdə əhalinin ciddi etirazları F.İbrahimlini növbəti görüşlərini təxirə salmağa məcbur edib: "Köhnə deputatların əksəriyyəti bu vəziyyətdədir. Ona görə də seçicilərlə açıq görüşlərdən çəkinirlər, icralarla danışır büdcə təşkilatı işçilərini yığırlar ki, heç kim söz deyə bilməsin. Belə toplantılar təşkil edir, şəkil çəkdirir gedirlər. Axırıncı dəfə 2015 parlament seçkilərində olublar yerlərdə, indi kimi aldadırlar - Prezidenti?"
Redaksiyamıza təqdim olunan videodan da görünür ki, vətəndaşlar deputatın onların problemlərini parlamentdə səsləndirməməsindən, onların güzəranına biganə qalmalarından narazıdırlar.

Ölkəpress.com




XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi