olkepress.com
olkepress.com

İflicdən əziyyət çəkən uşağı həkim pulsuz müalicə edərək sağaldıb - VİDEO

28-10-2019, 09:37

İflicdən əziyyət çəkən uşağı həkim pulsuz müalicə edərək sağaldıb - VİDEOŞəkidə 4 ildir serebrial iflic xəstəliyindən əziyyət çəkən uşağı həkim öz hesabına müalicə edib və müsbət nəticədə əldə edilib.

Xəstəlik səbəbindən bir neçə ildir ki, dərsə gedə bilməyən uşaq hazırda məktəbə gedir, digər şagirdlər kimi partada əyləşib təhsil alir.
5 aylığından iflic olan Şəki rayon, Oxud kənd sakini Sərxan İbrahimli yataq xəstəsi olub. İndi isə valideynləri əlindən tutub onu gəzdirə bilir.
9 yaşlı Sərxan bu səbəbdən məktəbə də gedə bilmirdi. Şəkinin Göynük kəndində işləyən həkim Səyalı Rəsulova xeyirxahlıq edərək uşaqda müayinə və müalicə aparıb. Nəticədə Sərxanda ciddi irəliləyiş yaranıb.
Sərxanın səhhəti getdikcə yaxşılaşır. Artıq valideynləri onun əlindən tutub məktəbə də aparır. Sərxan digər şagirdlər kimi partada əyləşib dərslərdə iştirak edir. Dərslərində müəllimlər də ona yaxından kömək edir. Həkim isə Sərxanı daim nəzarətdə saxlayır.(xəzərxəbər.az)

Ölkəpress.com



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi