olkepress.com
olkepress.com

Bakıda yol polisi ilə sürücü arasında İNSİDENT - VİDEO

20-09-2022, 18:54

Bakıda yol polisi ilə sürücü arasında İNSİDENT - VİDEO

Bakı şəhərində sürücü ilə yol polisi arasında insident baş verib.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, yol polisi paytaxt ərazisində yol hərəkəti qaydalarını pozan sürücünü saxlayaraq, sənədləri tələb etsə də, o, buna əməl etməyib.

Nəticədə polislə sürücü arasında mübahisə yaranıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Ölkəpress.com-a açıqlamasında bildirib ki, hadisə “Axundov bağı”nın yaxınlığında qeydə alınıb:

“Sürücü avtomobilini hərəkətin sıx olduğu bir yerdə qanunsuz olaraq park edib. Həmin vaxt DYP əməkdaşları avtomobilin oradan götürülməsi üçün sürücüyə xəbərdarlıq ediblər. Sürücü DYP əməkdaşlarının qanuni tələbinə tabesizlik nümayiş etdirib və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə onun barəsində tədbir görülüb”.

“Əgər sıxlıqdan, tıxacdan narazılıq ediriksə, qaydalara əməl etməyənləri cəmiyyət olaraq ictimai qınaq obyektinə çevirməliyik. Hər hansı videonu çəkib, daha sonra özünə haqq qazandırmaq istəyi və narazı görüntüsü yaratmaq naminə ictimai fikrə təsir etmək məqsədi güdərək qanun keşikçisinin işinə kölgə salmaq niyyətini yəqin ki, düşüncəsi olan hər bir adam düzgün qiymətləndirəcək”, - deyə o qeyd edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi