olkepress.com
olkepress.com

Şəhid olan hərbi qulluqçumuz Saatlıda dəfn edildi - FOTO - VİDEO

13-09-2022, 19:47

Şəhid olan hərbi qulluqçumuz Saatlıda dəfn edildi - FOTO - VİDEO

Ermənistanın dövlət sərhədində törətdiyi təxribat nəticəsində şəhid olan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, kiçik gizir 2000-ci il təvəllüdlü Nəsirov Ülvi Əsədulla oğlu son mənzilə yola salınıb.

APA xəbər verir ki, şəhidin nəşi doğulduğu Saatlı rayonunun Qara Nuru kəndinə gətirilib.

Vida mərasimindən sonra Ülvi Nəsirov kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.

Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 150-200 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur.

Şəhid olan hərbi qulluqçumuz Saatlıda dəfn edildi - FOTO - VİDEO


Şəhid olan hərbi qulluqçumuz Saatlıda dəfn edildi - FOTO - VİDEO




Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi