olkepress.com
olkepress.com

Bakıda yaşayış binasının gözətçiləri döyülüb - VİDEO

3-01-2020, 22:18

Bakıda yaşayış binasının gözətçiləri döyülüb - VİDEOBakıda yaşayış binalarından birinin iki gözətçisi döyülüb.

Ölkəpress.com Xezerxeber.az-a istinadən məlumat verir ki, hadisənin görüntüsü binanın təhlükəsizlik kameraları tərəfindən lentə alınıb.
Araşdırma zamanı məlum oldu ki, hadisə Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının həyətində baş verib. Yanvar ayının 1-i səhər saatlarında əraziyə gələn şəxs binanın gözətçiləri Canpolat Babayev və Fərhad Əliyevlə mübahisə edib. Mübahisə daha sonra dava ilə nəticələnib. Natiq Bağırov adlı şəxs hər iki gözətçini əlindəki küt alətlə amansızcasına döyüb.
Zərərçəkmiş xəstəxanaya çatdırılıb. Fərhad Əliyev ambulator müayinədən sonra evə buraxılıb. Canpolat Babayev isə ağır kəllə-beyin travması aldığı üçün 48 saat həkim müşahidəsində qalıb. Hazırda onun müalicəsi 3 saylı şəhər klinikasında davam edir. Zərərçəkmiş Fərhad Əliyev deyir ki, həmin şəxs binada kirayədə qalır.
Qeyd edək ki, hadisəni törətməkdə ittiham edilən Natiq Bağırov bu gün Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hazırda faktla bağlı təhqiqat araşdırması aparılır.





XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    May 2023    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi