olkepress.com
olkepress.com

"Kirayələrdə zülm-zillətlə, əziyyətlə 18 il bala saxladım... - VİDEO

2-08-2022, 19:59

"Kirayələrdə zülm-zillətlə, əziyyətlə 18 il bala saxladım... - VİDEO

“Kirayələrdə zülm-zillətlə, əziyyətlə 18 il bala saxladım, əsgərliyə yola saldım. Amma hərbi hissədə onu 18 ay saxlaya bilmədilər. Onu öldürdülər, adın da qoydular ki, özü özünü öldürüb”.

Bunu “Azadlıq Radiosu”nun Azərbaycan xidmətinə 2021-ci il may ayında hərbi xidmətdə olarkən intihar etdiyi deyilən əsgər Aqil İsmayılovun anası Yeganə İsmayılova deyib.

Sonuncu dəfə ötən il mayın 1-də valideynləri ilə danışan Aqil onlara yaxın günlərdə məzuniyyətə gələcəyini deyib. Amma mayın 3-də İsmayılovlara onun ölüm xəbərini çatdırıblar.

Hərbi Prokurorluqdan Aqil İsmayılovun intihar etdiyi deyilsə də, ailə buna inanmır. Övladlarının öldürülüb, orqanlarının satıldığını iddia edirlər.
Valideynlər deyiblər ki, oğullarının ölümü ilə bağlı onlara müxtəlif fərziyyələr deyilir. Nişanlısına görə intihar etdiyindən tutmuş, psixoloji problemlərinin olmasına qədər.

“Mənə dirəndilər ki, oğlunun nişanlısı olub, ərə gedib, özünü atıb. Məni gülmək tutdu. Dedim ki, bunun 18 yaşı tamam olub, gətirmisiniz, bundan böyük qardaşı var. Bunun necə nişanlısı oldu ki, evdə ata-ana bilmədi?! O variant alınmadı, çevirdilər ki, psixoloji problemi olub. Sual yaranır: bunun psixooji problemi var idisə, 1 il 2 ay bunu səngərdə niyə saxlayırdın?”, - atası deyib.
Daha ətraflı:



Ölkepress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi