olkepress.com
olkepress.com

Müharibədən sonrakı “savaş”: AXI NİYƏ?.. - VİDEO

2-06-2022, 16:09

Müharibədən sonrakı “savaş”: AXI NİYƏ?.. - VİDEO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vətəndaşların qəbulu şöbəsinin qarşısında gün ərzində 2-3 vətəndaş gözə dəysə də, bəzi vaxtlarda həmin şöbənin qarşısında insanlar öz hüquqlarının müdafiəsinə qalxırlar.

Bu gün də nazirliyin qarşısında bir qrup, əsasən II Qarabağ müharibəsinin iştirakaçısı öz haqlarını tələb edirdi.

“Siyahı nazirliyə verilib, amma baxan yoxdur”

Etiraz edənlər şöbənin içərisinə girərək öz şikayətlərini səsləndirib, nazirin və nazir müavinlərinin onları qəbul etməsini tələb ediblər. Qurum qarşısında narazı vətəndaşlarla yanaşı, media nümayəndələri və səhhətində problem yaranan qazilərə tibbi yardım göstərən tibb işçiləri vardı. Arada siqaret çəkərək dərin düşüncələrə dalan nazirlik işçiləri də var-gəl edirdilər. Qurum rəsmisi Fazil Talıblı etirazçıların və mətbuat nümayəndələrinin qarşısına çıxaraq məsələyə xüsusi həssaslıqla yanaşıldığını, qanunvericiliyin tələblərinə uyğun olaraq, kimə əlillik düşürsə, onlar bu hüququ qazandığı açıqlamasını da vermişdi.

II qrup Qarabağ əlili Hacı Vəliyevsə problemi olan qazilərin siyahısını nazirliyə təqdim etdiyini, lakin hələ də onların probleminin həll olunmadığını vurğulayıb. O, qurumun nümayəndəsi Fazil Talıbovun yaxasından yapışaraq, qazilərin də problemlərinin həlli üçün onun yaxasından yapışdığını deyib.
Müharibədən sonrakı “savaş”: AXI NİYƏ?.. - VİDEO

Aksiya səngisə belə müharibə stressini, ağrısını canında daşıyan gənclər ağrıları ilə mübarizə aparırdılar. Biri qolunda, biri ayağında, biri başında Qarabağdan bir nişan gəzdirirdi. Lakin nazirlik bu insanların yarasını dəyərləndirməyib. Ünsiyyətdə olduğumuz qazilər əlilliyin təyin edilmədiyini, bununla bağlı düzgün araşdırma aparılmadığını əsas gətirərək bura gəldiklərini bildiriblər.

“10 aydır nə yeyib, nə içək?”

Aksiyada II Qarabağ müharibəsi ilə yanaşı, I Qarabağ müharibəsi iştirakçıları da iştirak edirdilər. Onlardan biri Prezidentin ötən il dekabrında I Qarabağ iştirakçılarına birdəfəlik ödənişin verilməsi ilə bağlı fərman verməsinə baxmayaraq hələ də birdəfəlik sığorta ödənişini almadığını deyib:

“Əlim-ayağım şikəstdir, II qrup əliləm, 20 ildir əlillik pensiyası alıram. Lakin 10 aydır mənim pensiyam verilmir. Nə yeyib, nə içək?! Bura gəlməyə yolpulum yoxdur, mən məhkəməyə necə şikayət edim?!”

Digər vətəndaş 17 il əlillik pensiyası aldığını, iki ildi pensiyasının kəsildiyini bildirib. Bundan başqa, internat məktəbinin məzunu Nicat Abbasov dövlət tərəfindən veriləcək mənzili illərdir ala bilmədiyini deyib. O, bütün sənədləri toplayaraq nazirliyə təqdim etsə də, məsələyə baxılmadığını bildirib. O, 15 mart 2018-ci ildə ev üçün müraciət etdiyini qeyd edib. Vərəm xəstəsi olduğunu deyən Yevlax sakini də təqüdünün kəsildiyini, lakin sağalmadığını, bunun üçün dəfələrlə nazirliyə gəldiyini deyib.

Qapılar sındırıldı...

Əlillk ala bilməyən müharibə iştirakçıları onlara qarşı münasibətədn narazılıq edirdilər. Bəziləri bağlı qapıları sındıraraq içəri keçdilər, halı pisləşən, tibbi yardıma ehtiyacı olanlar oldu.

Ardınca nazirlik açıqlama yayaraq müraciət edən müharibə iştirakçılarından bəziləri nazirliyin qəbul şöbəsində təhdidedici hərəkətlər etdiyini bildirdi:

“Buradakı kompüter avadanlıqlarını, giriş qapısını, turniketi sındırıb, dövlət əmlakına ziyan vurublar. Bununla əlaqədar da tədbirlər görüləcək”.(Cebhe.info)



Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi