olkepress.com
olkepress.com

Sürücünün yol polisinin cibinə nə qoyduğu araşdırılır - VİDEO

27-12-2019, 13:06

Sürücünün yol polisinin cibinə nə qoyduğu araşdırılır - VİDEOSosial şəbəkələrdə Yol Patrul Xidməti (YPX) əməkdaşının vətəndaşdan rüşvət aldığı iddia edilən videogörüntülər yayılıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Ölkəpress.com-a bildirilib ki, videogörüntülərə baxış keçirilib və araşdırma aparılır.
"Araşdırmanın sonunda fakta hüquqi qiymət veriləcək", - idarədən bildirilib. Qeyd edək ki, görüntülərdə 99-YP-866 nömrəli YPX avtmobili ilə xidmət aparan polis əməkdaşının Bakı-Ələt-Qazax yolunda "Toyota" markalı avtbobilin sürücüsünü saxladığı, söhbət zamanı sürücünün cibindən nəsə çıxararaq polis əməkdaşının cibinə qoyduğu müşahidə edilir. Bundan sonra sürücü YPX əməkdaşı ilə əl görüşərək uzaqlaşır.




XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi