olkepress.com
olkepress.com

"Jurnalistə zorakılıq varsa, heç vaxt sağlam media olmayacaq" - VİDEO

19-05-2022, 18:08

"Jurnalistə zorakılıq varsa, heç vaxt sağlam media olmayacaq" - VİDEO

Xəbər verdiyimiz kimi, aprelin 23-də ictimai fəal Bəxtiyar Hacıyev qara maskalı şəxslər tərəfindən fiziki zorakılığa məruz qaldığını bildirib. 8 mayda isə Jurnalist Aytən Məmmədovaya bıçaqla hücum olub.

Ōlkəpress.com xəbər verir ki, yeniavaz.com sözügedən hər iki hadisə barəsində paytaxt sakinlərinin fikirlərini öyrənib.
Bakı sakinlərindən biri baş verənlərə münasibət bildirərkən bunları deyib: “Başa düşmürəm, hansı dövlətdə yaşayırıq ki, girov götürsünlər? Madam ki, demokratik sistemdə yaşayırıq, idarəetmə forması demokratiyadırsa, ona görə də hər kəsin azad sözü var. Madam ki, azad sözə görə tutulubsa, həbs edilibsə, mən buna qarşıyam. O demək deyil ki, sən vəzifəyə gələn kimi istədiyin kimi insanları girov götürə bilərsən, şantaj da edə bilərsən, əsla. Jurnalistə qarşı bu zorakılıq varsa, demək ki, bizdə heç bir zaman sağlam media olmayacaq. Dövlət əgər bu işin arxasınca düşürsə, bunu alqışlayıram, yox düşmürsə, heç dövləti də alqışlamıram. Biz ölkəmizə sahib çıxmaqdan mükəlləfik, ölkənin başındakılar da bizə sahib çıxmaqdan mükəlləfdir”.
Paytaxt sakinləri arasında keçirdiyimiz sorğunu təqdim edirik:


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi