olkepress.com
olkepress.com

Nə Quranı oxuya bilir, nə də oxuduğunun mənasını: Amma mollalıq edir - VİDEO

14-01-2022, 19:07

Nə Quranı oxuya bilir, nə də oxuduğunun mənasını: Amma mollalıq edir - VİDEO

Məmləkət əhlinin əksəriyyəti müsəlmandır.

Toylarında olmasa da, yaslarında müsəlmanlığın bir-iki qaydasına əməl edirlər ki, bunlardan biri də ölənin məclisində və ya qəbri üstündə Quran oxutmaqdır. Lakin həm diplomlu, həm diplomsuz mollalar dini ayinlərin icrası, o cümlədən Quran oxunması üçün tarif müəyyənləşdiriblər və hərə öz fərasəti ilə bu qaydanı pozmamağa çalışır.
Paytaxtın Yasamal qəbiristanlığında da vəziyyət eynidir. Gördükləri hər adama müştəri gözü ilə baxan mollalardan bir neçəsinə yaxınlaşıb “Yasin” oxutdurduq. Lakin bu mollaların oxuduqlarını özlərinin başa düşmələri bir yana, ümumiyyətlə, nə təcvid, nə qiraət, nə bəlağət, nə də Quranın digər nəzəri qaydalarından xəbərləri var idi.

Yaxınlaşdığımız başqa bir molla vəziyyətdən çıxmaq üçün bizi tanıdığını, sosial şəbəkələrdə söhbətimizə qulaq asdığını dedi. Amma hansı söhbəti nəzərdə tuturdu, özümüz də bilmədik.

Qəbiristanlıqlardakı mövcud vəziyyətlə bağlı Qafqaz Müsəlmanları İdarəsindən bildirildi ki, məzarlıqlarda mollaların fəaliyyətinə onlar nəzarət etmir. Qurum ancaq məscidlərin imamlarını təyin edir.

Vəziyyət belə olduqda, Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdik. Bu qurumdan isə deyildi ki, Yasamal qəbiristanlığı onların yox, yerli bələdiyyənin balansındadır.



Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi