olkepress.com
olkepress.com

Bakıda qadının MÜƏMMALI ÖLÜMÜ - VİDEO

23-11-2021, 12:01

Bakıda qadının MÜƏMMALI ÖLÜMÜ - VİDEO

Bakının Yasamal rayonunda küçədə qadın dünyasını dəyişib.

Ölkəpress.com apa-ya istinadən xəbər verir ki, ölüm hadisəsi İnşaatçılar prospektində qeydə alınıb.

Prospektdə Əsgərova Aygün Zöhrab qızı yaşadığı binanın qarşısında yol kənarındakı səkidə qan içində meyiti aşkarlanıb. Məlum olub ki, o, Paşazadə Akif Pünhan oğluna məxsus 99-NS-060 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobildə qan itirib.

Qadın səkidə dünyasını dəyişib. Ölən şəxsin yaxınları hadisə yerinə gəlib. Məlum olub ki, Aygün Əsgərova bir müddət öncə həyat yoldaşından ayrılıb. Övladı isə atasının himayəsində yaşayır.

Hadisə yerinə cəlb olunan Yasamal Rayon Polis İdarəsinin və Prokurorluğunun əməkdaşları istintaq işi aparıb. Sürücü A.Paşazadə saxlanılıb.

Hazırda ölümün səbəbləri araşdırılır. Eskpertin verdiyi məlumata görə, qadının burnundan qan axıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi