olkepress.com
olkepress.com

Qarabağ qazisi icra hakimiyyətinin yalanlarını ifşa etdi - VİDEOLAR

15-11-2021, 12:46

Qarabağ qazisi icra hakimiyyətinin yalanlarını ifşa etdi -  VİDEOLAR

İki gün öncə Zərdab rayon sakini, II-ci qrup Qarabağ qazisi Osmanov Ziya Şahmurad oğlu RealMedia.az-a müraciət edərək bildirmişdir ki, Zərdab rayon, “4 yol” ərazisi, Zərdab-Mollakənd yolunun sol hissəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə, 0,003 ha (30kv.metr) torpaq sahəsi üzərində Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Dövlət Reyestri Xidməti tərəfindən 22.06.2020–ci il tarixində çıxarış əldə edərək, həmin torpaq üzərində mülkiyyət hüququ əldə edib.

Və həmin torpaq üzərində tikinti islərinin aparılması işlərini isə Zərdab rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi ilə də razılaşdırılıb. Lakin əlində qanuni sənədlərinin olmasına baxmayaraq Zərdab rayon icra hakimiyyətinin başçısı Mərdan Camalov və icra hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri ona məxsusi olan ərazidə tikinti işlərinin aparmasına imkan vermir. Belə ki, icra hakimiyyətindən ona bildiriblər ki, həmin ərazi avtobus və taksi fəaliyyəti üçün nəzərdə tutulduğundan, orda tikinti işlərinin aparılması qeyri mümkündür. Bu baxımdan da Z. Osmanov Prezident İlham Əliyevə müraciət edərək ondan kömək istəmişdir.
RealMedia.az xəbər verir ki, məlum yazı saytımızda dərc edildikdən sonra Zərdab Rayon İcra Hakimiyyəti Z. Osmanovun iddialarına belə cavab verib: “Z.Osmanovun müraciəti şəhərin “4 yol” adlanan ərazisi, Zərdab-Mollakənd yolunun sol istiqamətində yerləşən ona məxsus 30 kv.metr torpaq sahəsində tikinti işləri aparılmasına icazə verilməsi barədə olmuşdur.
Z.Osmanovun müraciətindən sonra “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2018-ci il tarixli 274 nömrəli Fərmanının 1.1-ci bəndinə uyğun olaraq şəhər sakini Osmanov Ziya Şahmurad oğlunun layihələndirəcəyi obyektin tikinti layihəsinin uyğunluğu barədə rəy bildirilməsi üçün Rayon İcra Hakimiyyəti tərəfindən 28.07.2021-ci il tarixli 01/846 nömrəli məktubla Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət olunmuşdur.
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Rayon İcra Hakimiyyətinə daxil olmuş 22.09.2021-ci il tarixli XO-01-02-PA/O-10/2-2021-05909 nömrəli məktubunda Zərdab şəhəri, 4 yol ərazisi, Zərdab-Mollakənd yolunun sol istiqamətində Osmanov Ziya Şahmurad oğlunun mülkiyyətində olan 0,003 ha (30kv.metr) torpaq sahəsinin Zərdab şəhərinin müfəssəl planlaşdırma layihəsi ilə birlikdə işlənilmiş baş planına əsasən avtovağzal ərazisi kimi təsbit edildiyi və həmin ərazinin avtobusların, taksi və fərdi avtomobillərin hərəkətlərinin, parklanmasının təşkili üçün nəzərdə tutulduğu bildirilmişdir. Məktubda həmçinin Z.Osmanova məxsus torpaq sahəsi digər torpaq sahəsi ilə əvəz edilməsi barədə müraciət olunduğu təqdirdə Komitə tərəfindən müvafiq rəy verilməsi təmin ediləcəyi qeyd edilmişdir.”
Bu günləri isə Osmanov Ziya Şahmurad oğlu RealMedia.az-a ona məxsus olan torpaq sahəsinin yerləşdiyi məhz həmin ərazidən video çəkiliş edərək göndərib. Z. Osmanov icra hakimiyyətinin yalanlarını ifşa edib.



Qeyd edək ki, RealMedia.az-ın redaksiyasına daxil olan sənədlərdən də aydın şəkildə görünür ki, Z. Osmanov 0,003 ha (30kv.metr) torpaq sahəsinə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Dövlət Reyestri Xidməti tərəfindən 22.06.2020–ci il tarixində çıxarış əsasında mülkiyyət hüququ əldə edib. Azərbaycan Respublikasının mövcud qanunlarına əsasən vətəndaşların mülkiyyət hüququ toxunulmazdır. Və heç bir halda bu hüquq onların əlindən alına bilməz.
İnanırıq ki, Zərdab Rayon İcra Hakimiyyəti Başçısı daşı ətəyindən tökəcək, Qarabağ qazisinin xərc çəkib qanuni yolla əldə etdiyi 30kv.metr torpaq sahəsindən gözünü yığacaqdır.



Qarabağ qazisi icra hakimiyyətinin yalanlarını ifşa etdi -  VİDEOLAR


ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi