olkepress.com
olkepress.com

Naxçıvanda komanda-qərargah təlimi başa çatıb - VİDEO

8-11-2021, 20:58

Naxçıvanda komanda-qərargah təlimi başa çatıb - VİDEO

"Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən birləşmələrlə keçirilən komanda-qərargah təlimi başa çatıb.

Ölkəpress.com Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimin planına əsasən praktiki fəaliyyətlərə cəlb edilən bölmələr ərazidə müxtəlif təlim-döyüş tapşırıqlarını icra ediblər. Komanda-qərargah təliminin sonuncu mərhələsində Naxçıvan Qarnizonunun Simulyasiya Mərkəzində birləşmə və hissələrin fəaliyyəti, qərarların və hesablamaların reallığı kompüterlər üzərində keçirilən təlimdə qiymətləndirilib.

Təlimin sonunda icra edilmiş fəaliyyətlərin təhlili aparılan zaman ayrı-ayrı tapşırıq yerinə yetirən taktiki və xüsusi qrupların fəaliyyətinin uzlaşmasına nail olunduğu bildirilib, döyüşü idarəetmə mərkəzlərində qoşunların fəaliyyətinin əlaqələndirilməsi üzrə yaradılmış işçi qruplarının, təlimə cəlb olunmuş birləşmə komandirlərinin və qərargahların fəaliyyətləri qiymətləndirilərək aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində tapşırıqlar verilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi