olkepress.com
olkepress.com

Bakıda ödəniş terminalından 13 min manat oğurlanıb - VİDEO

5-11-2021, 18:16

Bakıda ödəniş terminalından 13 min manat oğurlanıb - VİDEO

Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində quraşdırılan “Milliön” ödəniş terminallarından birinin kassası sındırılaraq oradan oğurluq edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, naməlum şəxslər kassada olan 12 min manat və 600 dolları oğurlayaraq hadisə yerindən yayınıblar.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən şəxslər əvvəllər məhkum olunmuş həmin şirkətin əməkdaşı Vüsal Tağıyev, tanışları Fərhad Əliyev və İbrahim İlyasov qısa zamanda tutularaq istintaqa təqdim ediliblər. Hər üç şəxs törətdikləri hadisəni etiraf edib və oğurluq nəticəsində əldə etdikləri pul vəsaitlərini aralarında böldüklərini bildiriblər.

Qeyd edək ki, saxlanılan şəxslərin terminaldan oğurluq etməsi ərazidə quraşdırılan təhlükəsizlik kameraları vasitəsi ilə də anbaan qeydə alınıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. Vüsal Tağıyev, Fərhad Əliyev və İbrahim İlyasovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Sabunçu Rayon Polis İdarəsi və DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.



ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi