olkepress.com
olkepress.com

"Kim 11 vəkildən 9-unu "AZAL"ın işçisi olan oğlumu müdafiə etməyə qoymur?!" - VİDEO

5-11-2021, 17:42

"Kim 11 vəkildən 9-unu "AZAL"ın işçisi olan oğlumu müdafiə etməyə qoymur?!" - VİDEO

Saytımıza şikayət daxil olub.

Sonxeber.az-ın verdiyi məlumata görə, oğlu həbsxanada müalicə olunmayan Məmmədova Nigar onun saysız müraciətlərinə baxılmadığını bildirir.

Qadın "AZAL" işçisi olan Məmmədov Fərruxa edilən haqsızlığa bir çox dövlət qurumlarının göz yumduğunu iddia edir:

"Oğluma qarşı törədilən 11.06.2020, 14.06.2020, 15/16/17/18/19.06.2020, 20.07.2020, 30.07.2020, 08.08.2020, 11.08.2020, 12/13.08.2020, 18.08.2020, 19.08.2020, 14.09.2020, 13.10.2020, 16/17/19/20/21.10.2020 tarixli cinayəti yazılı halda təqdim etdiyim halda məsələ niyə araşdırılmır? Bu haqsızlıqların səbəbi nədir? Açıq-aşkar cinayət niyə bağlı qalır?

Baş prokuror Kamran Əliyevi kim necə aldatdı ki, 49 məktubum, 18 teleqramım araşdırılmadı?!

28 /29.11.2020 tarixli cinayətlər saxtalaşdırıldı.

Başın MRT müayinəsi üzərində ekspertin yalandan "sağlam" yazmasını Baş Prokurorluq, Gəncə Apellyasiya Məhkəməsi və Gəncə İnzibati Məhkəməsi niyə araşdırıb ölçü götürmədi?!

16 aydır, oğlum Fərruxun tam sağlamlığına qovuşmasına kim mane olur? 5 dəfə konvoyla müayinəyə çıxıb, nəticələri kim saxtalaşdırır? Ruhi dispanserdən deyilir ki, iş istintaqa qayıtmasa, oğlumun xəstəliyi yazılmayacaq. Halbuki bir sıra psixiatr, nevropatoloq, neyrocərrah, neyrotravmatoloqlar oğlumun ciddi xəstə olduğunu, hər an tutmasının ola biləcəyini deyirlər. Həmin an o, yenidən cinayət törədə, adam öldürə bilər.

Dəfələrə müraciətimə yayındırıcı cavablar verilir. Oğlumu tam sağalmağa qoymurlar. 5 nəfərin azadlıqda qalmasına xatir Fərruxun tam sağalıb qanun qarşısında dayanmasına icazə verilmir.

Kim 11 vəkildən 9-unu "AZAL"ın işçisini müdafiə etməyə qoymur? Baş Prokurorluqda vəkillərə ittiham aktını yazmağa kim icazə vermir? Niyə ittiham aktını yazanlar saxlanılır?!

Baş prokuror, cənab Kamran Əliyev, cənab Anar Bağırov, ədliyyə naziri, daxili işlər naziri, səhiyyə nazirindən xahiş edirəm, məsələni araşdırsınlar, kömək etsinlər. Bəzi səhlənkar və saxtakar insanlar öz çirkli əllərini oğlumun üzərindən çəksinlər! Onların özlərinin balalarının başına bu hadisə gəlsə (armatur dəmirlə vurub 17 gün gizlətsələr, o da sonradan həmin adamları tapıb cinayət törətsə) nə edərdilər? Mənim oğlumun isə ciddi sağlamlıq problemləri var. Bu məsələ niyə gizlədilir?!"

Qadının şikayətini daha ətraflı aşağıdakı audiodan dinləyə bilərsiniz:



ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi