olkepress.com
olkepress.com

Çingiz Abdullayevdən qalmaqallı açıqlama: "Birinci Qarabağ müharibəsi olmayıb, yalandır" - VİDEO

1-11-2021, 18:53

Çingiz Abdullayevdən qalmaqallı açıqlama: "Birinci Qarabağ müharibəsi olmayıb, yalandır" - VİDEO

"Birinci Qarabağ müharibəsi olmayıb, belə deməyin, bu yalandır”.

Pravda.az xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev deyib. Yazıçı 44 günlük müharibəni Qarabağ müharibəsi kimi səciyyələndirib:

"Əvvəllər Sovet qoşunlarından istifadə edib Sovet tankları ilə bizim torpaqlarımızı alırdılar. Bizim ordumuz olmayıb. Xocalıya girən 366-cı motoalayın komandiri Sergey Aqonariyan idi. Əsl müharibə 44 günlük müharibə oldu. Bizim bu müharibədə komandirimiz möhtərəm prezidentimiz olub.

Azərbaycanda 1988-ci ildən 1993-cü ilədək 7 rəhbər dəyişib. Mən belə deyəndə azərbaycanlılar inanmır. Heydər Əliyev bizi xilas etdi. Mən bunu onun oğlu prezidentdir deyə demirəm. Mən bunu həqiqət olduğu üçün deyirəm. Prezident İlham Əliyev sağ olsun ki, torpaqların azad olunmasına başçılıq etdi”.



ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi