olkepress.com
olkepress.com

Qızını çiynində daşıyan ata studiyada hərkəsi kövrəltdi - VİDEO

12-10-2021, 17:52

Qızını çiynində daşıyan ata studiyada hərkəsi kövrəltdi - VİDEO

ATV-də yayımlanan “Bizimləsən” proqramında duyğu dolu anlar yaşanıb.

Ölkəpress.com xəbər verir ki, proqramın bu buraxılışında qonaqlar qızını çaydan çiynində keçirən Fuad Salayev və onun 7-ci sinifdə oxuyan qızı olub. Astara rayonu Miki kənd sakini Fuad Salayev bildirib ki, ailəsi və kənd sakinləri yolsuzluqdan əziyyyət çəkir. Məktəbə getmək üçün isə mütləq çay keçilməlidir:
“Mən 2014-cü ildən övladımın körpüsü olmuşam. Onu çiynimdə daşımışam, yıxılmışam. Bu çay bizim üçün çox çətindir”.
Azyaşlı qız isə bu vəziyyətdən və atası üçün narahat olduğunu deyib:

“7-ci sinif şagirdiyəm. Atam məni çiyninə alanda məni çox incidir. Ayaqları ağrıyır. Düşünürəm ki, atama yük oluram. Daha yük olmak istəmirəm. Kömək edin ki, yol olsun. Özüm məktəbə gedə bilim”. Proqramın bu yerində aparıcı Zaur Baxşəliyev göz yaşlarını saxlaya bilməyərək duyğusal anlar yaşayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi