olkepress.com
olkepress.com

Saleh Məmmədov və müavinləri: Onlar necə milyoner olublar?.. - VİDEOLAR

5-10-2021, 14:58

Saleh Məmmədov və müavinləri: Onlar necə milyoner olublar?.. -  VİDEOLAR

Saleh Məmmədovun və onun müavini Əvəz Qocayevin mülk və biznes sahələri o qədər geniş şaxəli və rəngarəngdir ki, cəmiyyətdə onlar dövlət məmuru olmaqdan daha çox holdinq sabibləri olaraq görünürlər…

Son günlər “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədrinin və müavinlərinin tutduqları yüksək vəzifələrindən yararlanaraq milyonlarla manatlıq sərvət və mülklərə sahib olmaları ilə bağlı Youtube sosial şəbəkəsində müxtəlif məlumatlar yayılmaqdadır. Yayılan məlumatlarda “Azəravtoyol” ASC-nin sədrinin və müavinlərinin sahib olduqları sərvət doğrudan da gözqamaşdırıcıdır. Belə görünür ki, “Azəravtoyol” ASC-nin rəhbərliyində təmsil olunanların hamısı milyonerdir.

Qeyd edək ki, Saleh Məmmədovun və onun müavini Əvəz Qocayevin sərvəti son illər yerli mətbuatın diqqət mərkəzində olub. Bu ikilinin sahib olduqları mülk və biznes sahələri o qədər geniş şaxəli və rəngarəngdir ki, cəmiyyətdə onlar dövlət məmuru olmaqdan daha çox holdinq sabibləri olaraq görünürlər. Əvəz Qocayevin isə ümumiyyətlə öz şefindən də varlı olduğu və “Azəravtoyol”da sədrdən daha çox söz sahibi olduğu qeyd edilir.

Bəs onlar bu qədər sərvətə necə sahib olublar? “Azəravtoyol” ASC-nin rəhbərliyi bütün bu iddilara necə aydınlıq gətirə bilər və sahib olduqları gözqamaşdırıcı sərvətin mənbəyini açıqlaya bilərlərmi? Bu mənbə dövlət büdcəsi deyil ki?..

Ölkə prezidentinin yolların abadlaşdırılması və yeni yolların salınması məqsədi hər il bu quruma ayırdığı vəsaitlərin neçə faizi Saleh Məmmədovun və onun müavinlərinin cibinə axır və yolların keyfiyyətsiz çəkilməsi bahasına bu insanlar hər il öz sərvətlərini nə qədər artırırlar?

Ətraflı təqdim etdiyimiz videolarda: (pia.az)





ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi