olkepress.com
olkepress.com

Gürcüstanda soydaşımızın körpəsi dəyişdirilib? - VİDEO

4-09-2021, 12:37

Gürcüstanda soydaşımızın körpəsi dəyişdirilib? - VİDEO

Gürcüstanlı soydaşımız doğumdan sonra körpəsinin dəyişdirildiyini iddia edir.

Belə ki, soydaşlarımızın kompakt yaşadıqları Qardabani rayonunun Vaxtanqisi kənd sakini Sədiqə Məmmədova sentyabrın 1-də Mərkəzi Rustavi Doğum xəstəxanasında qeysəriyyə əməliyyatı ilə dünyaya uşaq gətirib.

Doğumdan sonra tibb işçiləri ailə üzvlərinə körpənin oğlan olduğunu bildirsələr də, əməliyyatdan üç gün sonra vəziyyəti yaxşılaşan ana körpəsinin qız olduğunu görüb və bununla bağlı ailəsini məlumatlandırıb.

Ailə üzvləri öncədən aparılan yoxlanışlarda da körpənin oğlan olacağını bildiklərini və doğumdan sonra xəstəxana əməkdaşlarından onlara bu uşağın oğlan olması barədə məlumatı verildiklərini bildiriblər.

Sədiqə Məmmədovanın atası Vüqar Musayev isə hadisə ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyinə məlumat verdiyini deyib.

Xəstəxananın baş direktoru Aleksandre Baravkov isə Baku TV-yə müsahibəsində məhkəmə qərarı ilə uşağın bu ailənin olub-olmadığını təsdiqləmək üçün analiz götürüləcəyini bildirib.

Ətraflı süjeti təqdim edirik:



Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi