olkepress.com
olkepress.com

Rusiya Azərbaycandan kartof və pomidor idxalına qadağa qoyub? - VİDEO

30-07-2021, 14:07

Rusiya Azərbaycandan kartof və pomidor idxalına qadağa qoyub? - VİDEO

Rusiya tərəfi xəbərdarlıq edir ki, gələcəkdə ölkəyə idxal olunan kartofa qadağa qoyula bilər.

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti Avrasiya İqtisadi İttifaqının üzvü olan ölkələrdə qonur bakterial çürüməyə məruz qalan kartoflar aşkarlayıb.

Bu isə pamidor və kartof əkib-becərən təsərrüfatçılarımızı da narahat edir. Rusiya tərəfi bildirib ki, ölkəyə idxal olunan pomidorlarda da zərərli viruslar aşkar olunarsa, bu məhsulun gətirilməsinə qadağa qoyulacaq.
Qida Təhlükəsizliyi Agentliyi artıq məsələni araşdırılmağa başlayıb. Rusiya tərəfi AQTA-dan bu ölkəyə göndərilən tərəvəzlərə nəzarəti gücləndirməyi xahiş edib.

Agentlikdən bildirilib ki, bu virusu idarə etməyə imkan verən mübarizə metodu yoxdur və yoluxmuş bitkini əvvəlki görünüşünə qaytarmaq mümkün deyil. Artıq bir sıra ölkələrdə pepino mozaik və qonur qırışıqlıq virusunun qarşısını almaq üçün idxal zamanı məhdudiyyətlər tətbiq edilir.

Daha ətraflı Baku TV-nin süjetində:



ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi