olkepress.com
olkepress.com

Göyçayda həyətləri su basdı - VİDEO

24-07-2021, 13:01

Göyçayda həyətləri su basdı - VİDEO

Yuxarı Şirvan kanalının Göyçay rayonundan keçən hissəsində məskən salan sakinlərin işi qalıb Allaha. Kanalda baş verən sızma evləri və təsərrüfat sahələrini pis vəziyyətə qoyub. Sakinlər məsələnin həll olunmasını istəsələr də, aidiyyəti qurumlar onların yaralarına məlhəm olmurlar.

Ölkəpress.com Xəzər tv-yə istinadən xəbər verir ki, Həyətləri su basıb, təsərrüfat yerləri yararsız hala düşüb. Kanalda baş verən sızma sakinləri çıxılmaz vəziyyətdə qoyub. Söhbət Yuxarı Şirvan kanalının Göyçay rayonundan keçən hissəsindən gedir. Sakinlərin sözlərinə görə, bu il kanalda suyun səviyyəsinin qəfil artması onların işini müşkülə çevirib. Məsələ ilə bağlı dəfələrlə aidiyyəti üzrə müraciət etsələr də, bunun bir nəticəsi olmayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi