olkepress.com
olkepress.com

Bill Klinton Putinlə birgə roman yazmaq istəyir

10-06-2021, 10:39

Bill Klinton Putinlə birgə roman yazmaq istəyir


ABŞ-ın keçmiş prezidenti Bill Klinton Rusiya prezidenti Vladimir Putini “olduqca səmimi insan” hesab edir və onunla birlikdə macəra janrında roman yazmaq arzusundadır.

Bu barədə eks-prezident BBC-yə müsahibəsində bildirib.

Müsahibə Klintonun amerikalı yazıçı Ceyms Pattersonla ortaq əsəri olan “Prezident qızı” kitabının satışa çıxarılmasına həsr olunub.

“Putinin həyatı macəra romanına bənzəyir. O, çox səmimi insan təəssüratı bağışlayır. Əgər biz onu razı sala bilsəydik, çox maraqlı bir macəra romanı yaza bilərdik”, - deyə Klinton bildirib.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi