olkepress.com
olkepress.com

Lovğalığı başına bəla oldu: Piton gicgahından dişlədi - VİDEO

1-06-2021, 17:05

Lovğalığı başına bəla oldu: Piton gicgahından dişlədi - VİDEO


Avstraliyada piton onu tutan ilan ovçusunu dişləyib.

Bu barədə “Tag24” xəbər yayıb.

Məlumata görə, Kvinslendin Morton-Bey məntəqəsinin sakini bağında nəhəng piton görüb və ilan ovçusuna bu barədə xəbər verib. Coş Kasl adlı ovçu dərhal hadisə yerinə gəlib. Əvvəlcə hər şey planlaşdırıldığı kimi gedib və gənc kolların arasından nəhəng ilanı tapıb.

Sonra isə o, lovğalanmağa başlayıb və ilanı çiyninə qoyaraq həyətdə gəzməyə başlayıb. Gözlənilmədən piton ovçunun boynuna dolanmağa başlayıb və vəziyyət getdikcə nəzarətdən çıxıb. Kasl ilanı boğazından açmağa çalışarkən isə piton qəfil hərəkətlə onun gicgahından dişləyib.
Kadrlarda ilan ovçusunun həyəcənlansa belə, sakitliyini qorumağa çalışdığı görünür.

Kaslın ciddi xəsarət almadığı bildirilir.

Məlumata görə, o, hadisədən sonra ilanı götürərək yaşayış məntəqəsinən uzaqlaşır və vəhşi təbiətə buraxıb.



ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi