olkepress.com
olkepress.com

Medvedev: Rusiya “Youtube”a qadağa qoymayacaq

5-12-2019, 23:12

Medvedev: Rusiya “Youtube”a qadağa qoymayacaqRusiyanın Baş naziri Dmitri Medvedev tanınmış rusiyalı bloqer və jurnalist Anastasiya İvleyavanın sualını cavablandırarkən qeyd edib ki, Rusiya dövləti “Youtube” sosial şəbəkəsinə qarşı məhdudiyyət qoymaq fikrində deyil.

D.Medvedev bildirib ki, “Youtube”un siyasəti dəyişir: “Bu, bizdən asılı olan məsələ deyil, “Youtube” öz siyasətini sərtləşdirir”. Baş nazirin sözlərinə görə, Rusiyada internet bütün dünyada olduğu kimi, yüksələn xətlə inkişaf edir. Medvedev vəd verib ki, “Youtube” bağlanmayacaq, rəsmilərin isə heç bir zaman belə niyyətləri olmayıb.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi